bolge - Bizimhedef.az

ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır...

Biliyin, tərbiyənin və etimadın formalaşdığı ünvan

Marışlı kəndində falçılıq adı altında insanların aldadılmasına son qoyulmalıdır

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb

Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb

Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR

Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Balakən kanat yolunun inşasına başlanılıb

Şuşadakı "Yuxarı Gövhər ağa" məscidi və Ağdam "Cümə" məscidinə yeni imam müavinləri təyin olunub