dunya - Bizimhedef.az

Ermənistanı zəncirdən xilas etmək istəyən erməni

Yaponiya hərbi büdcəni artırır, Cənubi Qafqaza yaxınlaşır – Bakı üçün yeni imkanlar

İran türkmən şəhəri Ərbili vurdu

ABŞ İranda bu strateji yerləri BOMBALADI

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

Pakistan - Əfqanıstan sərhədində gərginlik - Ölənlər var

Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...

Bu əraziyə şortiklə getmək qadağan edildi

Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA

Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır