sosial - Bizimhedef.az

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib

Orta aylıq maaş 1200 manata çatır

DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi

15 mindən çox şəxs magistraturaya imtahan verəcək

Aqrar sahədə regional müşavirələrə start verilir

Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO

Pensiyalar nə vaxt ödəniləcək?

Eldar Əzizov yola salınır?

Mətbuatın İnkişafına və Milli Dəyərlərin Təbliğinə Həsr Olunmuş Şərəfli Ömür Yolu

Azərbaycan Elminin Beynəlxalq Arenadakı Qürur Mənbəyi – Professor Yaşar İbadovun Şərəfli Həyat və Elm Salnaməsi