Главная > hadise > Bakıda mənzildən kişi meyiti tapılıb
Bakıda mənzildən kişi meyiti tapılıb10-03-2019, 20:23. Разместил: vasif |
![]() Bakıda mənzildən 71 yaşlı kişinin meyiti aşkar edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan, 1938-ci il təvəllüdlü Hüseynov Əhməd Alı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Вернуться назад |