Главная > idman > “Neftçi” və “Qəbələ” Avropa Liqasında cavab oyunlarına çıxacaq
“Neftçi” və “Qəbələ” Avropa Liqasında cavab oyunlarına çıxacaq31-07-2019, 21:41. Разместил: vasif |
![]() Bu gün “Qəbələ” və “Neftçi” komandaları UEFA Avropa Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcəklər. “Report”un məlumatına görə, “qırmızı-qaralar” Gürcüstanda “Dinamo” ilə üz-üzə gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu kollektiv evdəki məğlubiyyətin (0:2) əvəzini Tbilisidə çıxmağa çalışacaq. Əyalət təmsilçisi Qəbələ şəhər stadionunda 41-ci dəqiqədə Levan Katulya, 87-ci dəqiqədə Arfanq Daffenin qolları ilə uduzub. Ölkə kubokunun sahibi “Dinamo”nu 2:0 hesabı ilə üstələyə bilsə, görüşdə əlavə vaxt oynanılacaq. Qarşılaşma Finlandiyalı hakimlərə tapşırılıb. Flaqman isə “Bakcell Arena”da Rusiya “Arsenal”ını qəbul edəcək. Tulada rəqibini 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab matçında sərfəli nəticə qazanmağa cəhd göstərəcək. Səfərdə Dario Frederikonun 45-ci dəqiqədə vurduğu qol “Neftçi”yə qələbə qazandırıb. Görüşü Maltadan olan hakimlər briqadası idarə edəcək. UEFA Avropa Liqası II təsnifat mərhələsi, cavab oyunları 21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ” Baş hakim: Petri Vilyanen Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya) Hakim-inspektor: Yens Larsen (Danimarka) UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava) Tbilisi. Boris Payçadze adına stadion İlk oyun – 2:0 21:00. “Neftçi” – “Arsenal” (Rusiya) Baş hakim: Alan Mario Sant Baş hakimin köməkçiləri: Ona Edvard Spiteri, Roberto Vella Dördüncü hakim: Malkolm Spiteri (hamısı Malta) Hakim-inspektor: Mika Peltola (Finlandiya) UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan) “Bakcell Arena” İlk oyun – 1:0 Вернуться назад |