Главная > dunya > Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb
Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb9-02-2023, 12:53. Разместил: vasif |
![]() Türkiyənin zəlzələ baş vermiş əyalətlərindən biri olan Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb. APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, sözügedən ərazidə çalışan qruplar dərhal axtarış-xilasetmə işlərinin aparıldığı digər vilayətlərə göndərilib. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 7,7 və 7,6 bal gücündə hiss olunub. Bu saata qədər zəlzələ nəticəsində 12 873 nəfər həlak olub. Вернуться назад |