Главная > siyaset > Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatını nüfuzlu beynəlxalq təşkilata çevirir

Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatını nüfuzlu beynəlxalq təşkilata çevirir


6-03-2023, 00:32. Разместил: vasif
Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatını nüfuzlu beynəlxalq təşkilata çevirir




Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirilməyə başlayıb. Məhz uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verdiyi üçün Azərbaycanın sədrliyi təşkilatın təmsilçisi olan ölkələri yekdil rəyi ilə daha bir il – 2023-cü ilin sonunadək uzadılıb.
Carin ilin 02 mart tarixində isə Bakıda daha biri tarixi hadisə yaşandı. Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü öz işinə başladı. 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən 5 ölkənin – Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı Zirvə görüşü bir daha təsdiq etdi ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə üzv kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir, həmçinin rəhbərlik etdiyi təşkilatın nüfuzunun daha da yüksəlməsi üçün mühüm addımlar atır.
Qoşulmama Hərəkatının sədri olaraq məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək kimi ali dəyərlərin olduğunu söyləyən dövlətimizin başçısı çıxışında qurumun BMT-dən sonra qlobal arenada ikinci ən böyük beynəlxalq təsisat kimi səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olduğunu vurğulayıb. Prezident bu mötəbər təşkilatın fəaliyyətinə toxunaraq bəşəriyyətə faciələr yaşadan pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olduğunu və bu təşkilatın səmərəli fəaliyyət göstərdiyini deyib.
Prezident daha vacib bir məqama toxunaraq qeyd etdi ki, Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə bir sıra varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni ciddi maneə kimi dəyərləndirdi. Beləliklə, adıçəkilən qurum bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Beləliklə, Qoşulmama Hərəkatı COVID-19-la mübarizədə nüfuzunu və məsuliyyətini dünyaya nümayiş etdirdi. Bununla yanaşı, ölkəmiz humanizm prinsiplərinə sadiq qalaraq əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi.
BMT sistemində islahatların aparıl¬ması, onun Təhlükəsizlik Şurasının tər¬kibinin genişləndirilməsi məsələsi Tür¬kiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mütəmadi olaraq qaldırılır və buna nail olunması istiqamətində prak¬tik fəaliyyət göstərilir. Prezident İlham Əliyevin Zirvə görüşün¬dəki çıxışında da bu məsələyə toxunaraq bildirdi ki, BMT Təhlükə¬sizlik Şurası keçmişi xatırladır və indi¬ki reallığı əks etdirmir: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.
Dövlət başçımızın digər təklifləri də tədbir iştirakçıları tərəfindən razılıq və məmnunluqla qarşılandı. Məsələn, QH sədri olan Azərbaycan lideri təklif edir ki, yeni hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Başqa bir təklif isə tam siyasi məzmunludur: “Biz suve¬renliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub–Cənub əməkdaşlığı¬nı daha da gücləndirməliyik. Həmin gün¬dəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcbu¬ri qaydada qoyulmuş bir gündəlik deyil”.
Dövlət başçımızın iqlim dəyişikliyini, kiçik ada ölkələrinin həmin dəyişikliyin tə¬sirlərinə daha həssas olduqları üçün Yer üzündən silinmək təhlükəsi ilə üzləşmə¬sindən yaranan narahatlığı ifadə etməsi və bir sıra digər məqamları dilə gətirməsi növbəti dəfə sübut etdi ki, Qoşulmama Hərəkatı, sözün həqiqi mənasında, bəşə¬ri proseslərdə iştirak edir və edəcək.


Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı

Вернуться назад