Главная > siyaset > “Müstəmləkəçilik, təcavüzkarlıq” siyasətindən əl çəkməyən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir
“Müstəmləkəçilik, təcavüzkarlıq” siyasətindən əl çəkməyən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir6-03-2023, 00:34. Разместил: vasif |
![]() Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Yaşadığımız XXI əsr demokratiya, sülh və əməkdaşlıq, humanizm prinsiplərinə söykənən zaman kəsiyidir. Təəssüfləndirici haldır ki, hələ də bəzi dövlətlər özlərinin sərsəm iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam edir. Bu kimi dövlətlər arxada qalan XIX və hətta XX əsrin ilk yarısında olduğu kimi müstəmləkə qurmaq, insanları bir digər ölkəyə tabeçiliyə zorlamaq kimi niyyətlərindən əl çəkmirlər. Hətta illər öncə törədilsə belə, həmin dövlətlərin həyata keçirdikləri soyqırımıları yaddan çıxmır, unudulmur. Belə ölkələrdən biri və bəlkə də yeganə ölkə məhz Fransadır. Beynəlxalq ekspertlərin də şərhlərinə görə, Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir. Ümumiyyətlə, Fransız müstəmləkə imperiyası XIX-XX əsrlərdə daha çox təşəkkül tapdı və Fransız müstəmləkə imperiyasının ərazisi 1900-1939-cu illərdə 13 milyon 500 min kvadrat kilometrə çatmışdı. Bu ölçü həm də dünyanın ümumi ərazisinin 10 faizinə uyğun gəlirdi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir. Hətta bu nəzarəti tədricən artırmağa çalışan Fransa özündən on minlərlə uzaqda olan torpaqları – məsələn, yeni Kaledinyanı əldən vermək istəmir. Ən təəssüfləndirici hal isə, bu siyasətin hələ də davam etdirilməsidir. Məsələn, Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib. Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə müstəmləkə siyasəti yürütməsi ilə seçilir. Qoşulmama Hərəkatı isə Azərbaycanın rəhbərliyi ilə Fransanın bu çirkin siyasətinə qarşı güclü müqavimət nümayiş etdirir. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq”. Dövlətimizin başçısı Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu bildirib: “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.” Könül Rəhimova Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi Вернуться назад |