Главная > dunya > Türkiyədə növbəti dəfə zəlzələ olub
Türkiyədə növbəti dəfə zəlzələ olub9-03-2023, 09:52. Разместил: vasif |
![]() Türkiyənin Samsun şəhərində 3.8 bal gücündə zəlzələ baş verib. Türkiyə mətbuatı xəbər verir ki, bu barədə AFAD və Kandilli Rəsədxanası məlumat yayıb. Zəlzələnin yerli vaxtla 08:01-də Bafra mahalından 90 km məsafədə meydana gəldiyi bildirilir. AFAD zəlzələnin yerin 14.1, Kandilli Rəsədxanası isə 18.1 km dərinliyində olduğunu açıqlayıb. Qeyd edək ki, fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 2 güclü zəlzələnin baş verməsindən sonra bu ölkədə tez-tez afterşoklar qeydə alınır. Вернуться назад |