Главная > idman > Çempionlar Liqası: Son 1/4 finalçılar məlum olur - AFİŞA
Çempionlar Liqası: Son 1/4 finalçılar məlum olur - AFİŞA15-03-2023, 16:00. Разместил: vasif |
![]() Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar. İspaniyada “Real Madrid” İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. Komandalar arasındakı ilk matçda ispanlar 2:5 hesablı qələbə qazanıblar. Gecənin digər matçı İtaliyada keçiriləcək. “Napoli” öz meydanında “Ayntraxt”ı (Frankfurt) sınağa çəkəcək. İlk oyunda italyanlar 0:2 üstün olublar. UEFA Çempionlar Liqası 1/8 final, cavab oyunları 16 mart 00:00. “Real Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə) İlk oyun – 2:5 00:00. “Napoli” (İtaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya) İlk oyun – 0:2 Daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar. Вернуться назад |