Главная > siyaset > Bakıda COP29-un liderlər sammitinin açılış mərasimi keçirilir
Bakıda COP29-un liderlər sammitinin açılış mərasimi keçirilir12-11-2024, 09:16. Разместил: vasya |
![]() Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) liderlər sammitinin açılış mərasimi keçirilir. Liderlər sammitinin iki gün - 12-13 noyabrda keçirilməsi nəzərdə tutulur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər. Вернуться назад |