Главная > dunya > Ağ Ev: ABŞ olmasaydı fransızlar indi almanca danışırdı
Ağ Ev: ABŞ olmasaydı fransızlar indi almanca danışırdı18-03-2025, 09:46. Разместил: vasya |
![]() "ABŞ olmasaydı fransızlar indi almanca danışırdı." APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. O Avropa Parlamentinin fransalı deputatının Azadlıq heykəlinin qaytarılması ilə bağlı çağırışını rədd edərək, bildirib ki, ikinci Dünya müharibəsində ABŞ-nin köməyin olmasaydı, Fransada hazırda alman dilində danışırdılar. “Mənim, aşağı səviyyəli fransalı siyasətçiyə məsləhətim budur - xatırlasınlar ki, yalnız Amerika Birləşmiş Ştatları sayəsində fransızlar indi alman dilində danışmırlar. Buna görə də bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar.”, – o deyib. Вернуться назад |