Главная > idman > Gürcüstan millisi Ermənistanı DARMADAĞIN ETDİ
Gürcüstan millisi Ermənistanı DARMADAĞIN ETDİ21-03-2025, 10:25. Разместил: vasya |
![]() Futbol üzrə Gürcüstan milli komandası Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Ermənistan millisini məğlub edib. İrəvandakı Vazgen Sarkisyan adına stadionda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Gürcülər üçün ilk qolu 33-cü dəqiqədə yarımmüdafiəçi Giorgi Koçoraşvili vurub. 37 və 59-cu dəqiqələrdə hücumçu Giorgis Mikautadze iki dəfə fərqlənib. Maraqlıdır ki, Mikautadzenin ilk qoluna qapıçı Giorgi Mamardaşvili kömək edib. Cavab oyunu martın 23-də Tbilisidəki Boris Paiçadze adına Dinamo Arenada keçiriləcək. Bu qarşıdurmanın qalibi B Liqasında, uduzan isə C Liqasında oynayacaq. Вернуться назад |