Главная > hadise > Fazil Mustafaya sui-qəsdə görə həbs edilən Səricanovun oğlu da TUTULDU - DTX-dan əməliyyat
Fazil Mustafaya sui-qəsdə görə həbs edilən Səricanovun oğlu da TUTULDU - DTX-dan əməliyyat21-03-2025, 10:32. Разместил: vasya |
![]() Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub. APA-nın xəbərinə görə, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib. O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Şəkildə: Azər Səricanov
Вернуться назад |