Главная > gundem / bolge > Qaxın Əlibəyli kəndində ekoloji fəlakət: Meşə zonası zibilliyə çevrilib
Qaxın Əlibəyli kəndində ekoloji fəlakət: Meşə zonası zibilliyə çevrilib27-03-2025, 12:18. Разместил: vasya |
|
Qax rayonunun Əlibəyli kəndi ərazisində ekoloji problemlər narahatlıq doğurur. Son günlər sosial şəbəkələrdə və yerli medianın yayımladığı foto və videolar bu ərazinin zibilliyə çevrildiyini göstərir. Məlumata görə, naməlum şəxslər Əlibəyli kəndində, həm bələdiyyəyə aid torpaqlarda, həm də meşə mühafizə zonasında böyük miqdarda məişət tullantıları toplayaraq ətraf mühiti çirkləndiriblər. Bu hadisə yalnız kənd sakinlərini deyil, həm də ekoloqları və ictimai fəalları ciddi narahat edir. Ərazi meşə mühafizə zonası olduğu üçün burada zibilliyin yaranması ekoloji balansın pozulmasına səbəb ola bilər. Zibillər torpağa, yeraltı su hövzələrinə və yerli flora-faunaya mənfi təsir göstərə bilər. Məsələ ilə bağlı aidiyyəti qurumlar – Qax Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli bələdiyyənin nəzarət tədbirləri görməsi gözlənilir. Bakunews.az olaraq, problemin həlli üçün rəsmi açıqlama almaq məqsədilə aidiyyatı qurumlara müraciət olunacaq. Mütəxəssislər bildirir ki, bu cür halların qarşısının alınması üçün ərazilərdə mütəmadi monitorinq aparılmalı, qanunsuz tullantı atan şəxslər cəzalandırılmalı və ictimaiyyət bu kimi məsələlərdə daha fəal olmalıdır. Həmçinin, bələdiyyələr və ekoloji təşkilatlar ətraf mühitin qorunması istiqamətində tədbirlərini gücləndirməlidirlər. Mövzunu diqqətdə saxlayacağıq və aidiyyəti qurumların açıqlamalarını oxucularımıza təqdim edəcəyik. Вернуться назад |