Главная > hadise > Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Azərbaycanda vəzifəli şəxs vəfat etdi29-03-2025, 10:14. Разместил: vasya |
![]() Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin sədri Vaqif Talıbov vəfat edib. Bu barədə "Teleqraf"a onun yaxınları məlumat verib. Bildirilib ki, o, orqanizmində yenicə aşkarlanmış xərçəng xəstəliyi səbəbindən martın 28-də dünyasını dəyişib. Mərhum kənd qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, V.Talıbov bu il bələdiyyə sədri seçilmişdi. O, əvvəllər "Cəlilabad-Şərab-9" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi olub, daha əvvəllər isə kənd məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışıb. Xatırladaq ki, Günəşli kənd bələdiyyəsinin bundan əvvəlki sədri Fəxrəddin Cəfərov da ötən ilin noyabrında xəstəlikdən vəfat edib. Вернуться назад |