Главная > hadise > Vətən müharibəsi qazisi faciəli şəkildə həlak oldu
Vətən müharibəsi qazisi faciəli şəkildə həlak oldu5-04-2025, 10:48. Разместил: vasya |
![]() Vətən müharibəsi qazisi Samir Rzayev yol-nəqliyyat hadisəsi zamanı həlak olub. "Unikal" xəbər verir ki, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2114 markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb. Digər yaralı - 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir. Qazi doğulduğu Gəncə şəhərində dəfn edilib. Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Вернуться назад |