Главная > idman > Azərbaycan güləşçisi erməni ilə qarşılaşacaq - SİYAHI
Azərbaycan güləşçisi erməni ilə qarşılaşacaq - SİYAHI11-04-2025, 09:46. Разместил: vasya |
![]() Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib. publika.az xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov və Murad Əhmədiyev Türkiyə təmsilçiləri ilə üz-üzə gələcəklər. Qurban Qurbanova isə Ermənistan güləşçisi Samvel Qriqoryan rəqib olub. Titullu yunan-Roma güləşçisi Eldəniz Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. O, Ukraynanın erməni əsilli pəhləvanı Koryun Sahradyan ilə Gürcüstan təmsilçisi Vaxtanq Lolua arasındakı qarşılaşmanın qalibi ilə qarşılaşacaq. 55 kq 1/4 final. Eldəniz Əzizli - Koryun Sahradyan (Ukrayna) / Vaxtanq Lolua (Gürcüstan) cütünün qalibi 60 kq Təsnifat mərhələsi. Nihad Məmmədli - Yustas Petraviçyus (Litva) 63 kq Təsnifat mərhələsi. Murad Məmmədov - Qleb Makarenko (UWW) 67 kq 1/8 final. Həsrət Cəfərov - Andreas Feç (İsveçrə) 72 kq 1/8 final. Ülvi Qənizadə - Levente Levai (Macarıstan) 77 kq 1/8 final. Sənan Süleymanov - Ahmet Yılmaz (Türkiyə) 82 kq 1/8 final. Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan) 87 kq Təsnifat mərhələsi. İslam Abbasov - Şimon Şimonoviç (Polşa) 97 kq Təsnifat mərhələsi. Murad Əhmədiyev - Beytulla Kayısdağ (Türkiyə) 130 kq Təsnifat mərhələsi. Beka Kandelaki - Mixaylo Vişnevetski (Ukrayna) Qeyd edək ki, yunan-Roma güləşçiləri 11 - 13 apreldə mübarizə aparacaqlar. Вернуться назад |