Главная > hadise > İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi
İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi11-04-2025, 11:47. Разместил: vasya |
![]() Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib. Oxu.Az xəbər verir ki, hadisə universitet binasında baş verib. 1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Вернуться назад |