Главная > dunya > Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ18-04-2025, 11:44. Разместил: vasya |
![]() Rusiyada dövlətə xəyanətə görə məhkum olunanların sayı demək olar ki, dörd dəfə artıb. “Tass” bu barədə məlumatı Rusiya Ali Məhkəməsinin Məhkəmə Departamentinin məhkəmə statistikasına istinadən yayıb. “Əgər 2022-ci ildə bu maddə ilə 16 nəfər məhkum edilibsə, 2023-cü ildə 39 nəfər, ötən il 145 nəfər məhkum edilib. Dövlətə xəyanətdə təqsirli bilinənlərin üçdə biri 24 yaşınadək gənclərdir (40-ı 18-24, dördü 14-17 yaş arasıdır). Məhkumların 13-ü 50-59 yaş arası, 6-sı isə 60-dan yuxarıdır. Dövlətə xəyanətdə təqsirli bilinənlər arasında 7 qadın və 11 tələbə, həmçinin üç dövlət qulluqçusu da var”, - məlumatda qeyd olunub. Вернуться назад |