Главная > hadise > Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu19-04-2025, 10:58. Разместил: vasya |
![]() Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir. TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 32 nəfərin zəhərlənmə faktı qeydə alınıb. "Aprelin 19-da 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib". Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub: "Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb". Вернуться назад |