Главная > hadise / video > Sumqayıtda qanunsuz tikili söküldü - Video

Sumqayıtda qanunsuz tikili söküldü - Video


26-04-2025, 12:00. Разместил: vasya
Sumqayıtda qanunsuz tikili söküldü - Video


Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb.

“Qafqazinfo” xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


Вернуться назад