Главная > dunya > ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı
ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı28-04-2025, 11:10. Разместил: vasya |
![]() ABŞ Silahlı Qüvvələri Yəmənin şimal-qərbində yerləşən Saada şəhərinə zərbələr endirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Al Masirah” telekanalı yayıb. Zərbələr həmin şəhərdə Afrika ölkələrindən olan miqrantların saxlanıldığı mərkəzə endirilib. Telekanalın məlumatına görə, hücum zamanı azı 30 nəfər həlak olub, daha 50 nəfər isə xəsarət alıb. Yaralılardan çoxunun vəziyyəti ağırdır. Mərkəzdə hücum zamanı 100-dən çox miqrantın olduğu bildirilib. Вернуться назад |