Главная > hadise > Artilleriya bölmələri ilə döyüş atışları keçirildi

Artilleriya bölmələri ilə döyüş atışları keçirildi


29-04-2025, 10:32. Разместил: vasya


Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.

Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.
Вернуться назад