Главная > dunya > “İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
“İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi30-04-2025, 12:12. Разместил: vasya |
![]() Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində korrupsiya ilə bağlı başladılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib. “Habertürk” telekanalı xəbər verir ki, əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb. Onlardan 18-i məhkəmənin qərarı ilə həbs edilib. Bundan əvvəl isə aprelin 26-da İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanılmışdı. Bundan sonra isə, hüquq-mühafizə orqanları daha 5 nəfəri həbs etmişdi. Xatırladaq ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı araşdırma zamanı mart ayında həbs edilmişdi. Вернуться назад |