Главная > bolge > Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR1-05-2025, 12:12. Разместил: vasya |
|
Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb. Bu barədə "Report"a Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib. Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb. Вернуться назад |