Главная > dunya > ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ2-05-2025, 11:22. Разместил: vasya |
![]() ABŞ bundan sonra Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq. Belə bir bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus (Tammy Bruce) çıxış edib. O əlavə edib ki, artıq Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb. "Bu problemə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz belə görüşlər üçün dünyanın o biri tərəfinə uçmaq fikrində deyilik", - deyən xanım Bryus əlavə edib ki, ABŞ hələ də sülhün əldə edilməsinə kömək etmək üçün əlindən gələni edəcək. Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da aprelin 29-da bəyan edib ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün yaxın gələcəkdə təkliflər təqdim etməlidirlər, əks halda ABŞ vasitəçi rolundan əl çəkəcək. Вернуться назад |