Главная > sosial > Sabahdan məktəb və müəllim seçimi başlayır
Sabahdan məktəb və müəllim seçimi başlayır5-05-2025, 11:00. Разместил: vasya |
![]() Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır. 2025-2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://mektebeqebul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilib. Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sı saat 15:00-da, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may saat 11:00-da start veriləcək. Вернуться назад |