Главная > idman > ÇL-də ilk finalçı bəlli olur
ÇL-də ilk finalçı bəlli olur6-05-2025, 09:43. Разместил: vasya |
![]() Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək. ilk finalçının adına İtaliyada aydınlıq gələcək. “İnter” doğma meydanda “Barselona”nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı. UEFA Çempionlar Liqası Yarımfinal, cavab oyunu 6 may 23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) (ilk oyun - 3:3) Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi “Arsenal”ı qəbul edəcək. Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək. Вернуться назад |