Главная > hadise > “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
“Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü6-05-2025, 13:22. Разместил: vasya |
![]() Xətai rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, mayın 5-i saat 21 radələrində “Ağ Şəhər”dəki Yaşıl Ada küçəsi bina 21-də fəhlə işləyən Kürdəmir rayon sakini 1960-cı il təvəllüdlü Elman Niyazi oğlu Umudov 2-ci mərtəbədən yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Вернуться назад |