Главная > hadise > Ölümündən sonra həmin mesaj gəldi...
Ölümündən sonra həmin mesaj gəldi...17-05-2025, 09:27. Разместил: vasya |
![]() Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Məlumata görə, mərhum Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb. “İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız”, - mesajda yazılıb. Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb. ![]()
Вернуться назад |