Главная > gundem / bolge / video > Türkan Kəndindəki Daş Karxanasında Qanunsuzluq: Vergidən Yayınma və İnsan Haqları Pozuntusu

Türkan Kəndindəki Daş Karxanasında Qanunsuzluq: Vergidən Yayınma və İnsan Haqları Pozuntusu


21-05-2025, 15:25. Разместил: vasya




Türkan kəndi ərazisində fəaliyyət göstərən daş karxanası ilə bağlı ciddi qanun pozuntuları barədə məlumatlar yayılıb. Bildirilir ki, müəssisədə vergidən yayınma halları müşahidə olunur, işçilərin əmək hüquqları kobud şəkildə pozulur və qeyri-qanuni qazanc əldə olunur.

Məlumata görə, karxanaya rəhbərlik edən Əşrəf müəllimin nəzarətində fəaliyyət göstərən bu obyekt uzun müddətdir nəzarətsiz şəkildə fəaliyyət göstərir. İşçilər elementar əmək şəraitindən və sosial təminatlardan məhrum olduqlarını bildirirlər.

Qeyd olunan hallar insan haqlarının pozulması ilə yanaşı, dövlət büdcəsinə külli miqdarda vergi itkisinə səbəb ola bilər. Məsələ ilə bağlı aidiyyəti qurumların dərhal tədbir görməsi və karxananın fəaliyyətinin qanun çərçivəsində araşdırılması vacibdir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Вернуться назад