Главная > dunya > ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - Video
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - Video22-05-2025, 09:34. Разместил: vasya |
![]() ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. “Qafqazifo” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb. “Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib. İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib. O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb. Вернуться назад |