Главная > dunya > Ukraynanın vurduğu zavodda görün nələr İSTEHSAL OLUNUR
Ukraynanın vurduğu zavodda görün nələr İSTEHSAL OLUNUR23-05-2025, 09:45. Разместил: vasya |
|
Xəbər verdiyimiz kimi, Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərindəki “Energiya” zavoduna naməlum pilotsuz təyyarələr hücum edib. UNİAN xəbər verir ki, yerli sakinlər səmada 10-dan çox partlayış səsi eşitdiklərini bildiriblər. Rusiya hakimiyyət orqanları zavodda yanğının baş verdiyini, işçi heyətinin təxliyə olduğunu, bir neçə işçinin yaralandığını bildirir. UNİAN-ın məlumatına görə, hücuma məruz qalan “Energiya” zavodunun məhsulları məşhur “İskəndər” və “Kinjal” raketlərinin istehsalında istifadə olunur. Müəssisə pilotsuz uçuş aparatları üçün akkumulyatorlar, rabitə sistemləri üçün litium-ion və civə-sink elementləri, tanklar və raket sistemləri üçün simulyatorlar, Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün elektrokimyəvi kondensatorlar və avtonom enerji təchizatı üçün işıq-optik enerji qurğuları istehsal edir. “Energiya” zavodu Rusiya Müdafiə Nazirliyindən əlavə, “Roskosmos”, Rusiya DİN, FTX, FHN və “Qazprom”la da əməkdaşlıq edir. Вернуться назад |