Главная > gundem / siyaset > İlham Əliyev Donald Trampa təşəkkür edib
İlham Əliyev Donald Trampa təşəkkür edib22-07-2025, 13:44. Разместил: vasif |
![]() Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərini sosial media platformasında paylaşdığına görə minnətdarlığını bildirib. "X" sosial şəbəkəsində İlham Əliyevin bununla bağlı paylaşımında deyilir: "Prezident Donald Trampa Şuşa Qlobal Media Forumunda çatdırdığım ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərimi sosial media platformasında paylaşdığına görə minnətdarlığımı bildirmək istəyirəm. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən bizim regionda sülh və sabitliyin təşviq edilməsi üzrə baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ümumi dəyərləri bölüşürük və onun Prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə çatacağına ümidvarıq. Ona bu məqsədə doğru bütün səylərində uğurlar arzulayırıq". Вернуться назад |