Главная > hadise > Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı
Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı22-07-2025, 14:11. Разместил: vasif |
![]() Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş verib. “Report istinadən xəbər verir ki, şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |