Главная > siyaset > Tələbələrə şad xəbər: Təqaüdlər artırıldı - SƏRƏNCAM
Tələbələrə şad xəbər: Təqaüdlər artırıldı - SƏRƏNCAM24-07-2025, 14:16. Разместил: vasif |
![]() Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib: doktorantura səviyyəsi üzrə: - elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat; - fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat; ali təhsil müəssisələrində: magistratura səviyyəsi üzrə: - akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat; - akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat; - akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat; bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə: - akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat; - akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat; - akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat; orta ixtisas təhsili müəssisələrində: - akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat; - akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat; - akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat; peşə təhsili müəssisələrində: - akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat; - akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat; - akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat. Вернуться назад |