Главная > dunya > Tramp İlham Əliyevin fikirlərindən sitat gətirib, heç vaxt görməmişəm ki... - Xzmalyan

Tramp İlham Əliyevin fikirlərindən sitat gətirib, heç vaxt görməmişəm ki... - Xzmalyan


28-07-2025, 12:47. Разместил: vasif
Tramp İlham Əliyevin fikirlərindən sitat gətirib, heç vaxt görməmişəm ki... - Xzmalyan


Azərbaycan prezidenti İlham Əliyev Donald Trampın diqqətini cəlb edib. Üstəlik, ABŞ prezidenti sosial şəbəkələrdəki şəxsi səhifəsində Əliyevdən sitat gətirib.

Bunu Ermənistan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib.

"Mən heç vaxt Trampın Paşinyandan və ya hər hansı bir ermənidən - nə siyasətçilərdən, nə elm adamlarından, nə mədəniyyət xadimlərindən, nə də ruhanilərdən sitat gətirdiyini eşitməmişəm. Amma o, Əliyevdən sitat gətirib", - Xzmalyan vurğulayıb.

Onun fikrincə, bunu təsadüfə bağlamaq olmaz: "Bu, Bakının strukturlaşdırılmış və strateji cəhətdən ardıcıl siyasətinin nəticəsidir, erməni diplomatiyası isə ayrı-ayrılıqda və zəif görünür".


Вернуться назад