Главная > dunya > Fransa XİN: Avropa İttifaqı İsrailə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir
Fransa XİN: Avropa İttifaqı İsrailə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir30-07-2025, 09:44. Разместил: vasif |
![]() Avropa İttifaqı İsrailin Qəzza zolağındakı hərəkətlərinə və bölgəyə kifayət qədər humanitar yardımın çatdırılmasını təmin etməməsinə görə bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına açıqlamasında bildirib. “Son aylar Qəzzada baş verənlər bizi dərindən sarsıdır. Orada yaşananlar biabırçılıq və rüsvayçılıqdır və buna dərhal son verilməlidir”, – deyə Barro vurğulayıb.(APA) Вернуться назад |