Главная > dunya > Trampdan SENSASİYA: “Qəzzada baş verənlər soyqırım deyil”
Trampdan SENSASİYA: “Qəzzada baş verənlər soyqırım deyil”4-08-2025, 15:30. Разместил: vasif |
|
ABŞ Prezidenti Donald Tramp, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları “soyqırımı” adlandırmaqdan imtina edib və 7 oktyabrda HƏMAS tərəfindən törədilmiş hücumu xatırladıb. “Mən belə düşünmürəm. Onlar müharibə aparırlar. 7 oktyabrda dəhşətli hadisələr baş verdi”, – deyə Tramp jurnalistin “İsrailin cavab əməliyyatları soyqırımıdırmı?” ,- sualına cavabında bildirib. Tramp əlavə edib ki, Vaşinqton Qəzzada mülki əhalinin ölməməsi üçün çalışır: “İstəyirik ki, insanlar ac qalmasın. İstəyirik ki, İsrail onları yeməklə təmin etsin. İstəmirik ki, insanlar aclıqdan əziyyət çəksin və ölsün”. Вернуться назад |