Главная > dunya > Çində asma körpü uçdu - Ölənlər var
Çində asma körpü uçdu - Ölənlər var7-08-2025, 09:01. Разместил: vasif |
![]() Çinin şimal-qərbindəki Sincan-Uyğur vilayətindəki asma körpü uçub. “Qafqazinfo” “XinJang” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 24-ü yaralanıb. Muxtar Prefekturanın Zhaosu rayonunda körpünün asma kabellərindən biri qoparaq göyərtənin əyilməsinə səbəb olub. Ümumilikdə 29 nəfər körpüdən yıxılıb. Xəsarət alanlardan 22-si yüngül, ikisi isə ağır yaralanıb. Bütün yaralılar tibbi yardım üçün dərhal yerli xəstəxanalara çatdırılıb. Вернуться назад |