Главная > dunya > Qəzzada hücum nəticəsində 5 jurnalist öldü
Qəzzada hücum nəticəsində 5 jurnalist öldü11-08-2025, 10:29. Разместил: vasif |
![]() İsrail ordusunun Qəzza şəhərində Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yaşadığı çadıra hücumu nəticəsində ikisi Əl-Cəzirə müxbiri də daxil olmaqla beş jurnalist həlak olub. Ölkə.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu xəstəxananın yaxınlığında jurnalistlərin yaşadığı çadırı hədəf alıb. “Əl-Cəzirə”nin müxbirləri Enes əl-Şərif və Muhammed Kurayka və üç operator hücumda həyatını itirib. İsrail ordusu isə verdiyi açıqlamada Enes əl-Şərifin öldürüldüyünü etiraf edib. Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 237 jurnalist həyatını itirib. Вернуться назад |