Главная > idman > UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxacaq
UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxacaq12-08-2025, 09:36. Разместил: vasif |
![]() "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək. Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib. Qeyd edək ki, bu cütün qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək. Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada hesab açılmayıb. Вернуться назад |