Главная > hadise > Xocalıda mərmər zavodunda yanğın törədən şəxs saxlanılıb
Xocalıda mərmər zavodunda yanğın törədən şəxs saxlanılıb14-08-2025, 11:26. Разместил: vasif |
![]() Xocalı rayon Malıbəyli kəndində avqustun 11-də sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Ə. Qasımov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Вернуться назад |