Главная > bolge > Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb
Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb15-08-2025, 12:32. Разместил: vasif |
|
Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb. İlkin mərhələdə Kolatağ kəndinə 26 ailə (89 nəfər) köçürülür. Kolatağa köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Kəndə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) köçürülür. Вернуться назад |