Главная > dunya > İran hərbi müşaviri xəbərdarlıq etdi: “İsrail və ABŞ-la yeni müharibə hər an başlaya bilər”

İran hərbi müşaviri xəbərdarlıq etdi: “İsrail və ABŞ-la yeni müharibə hər an başlaya bilər”


18-08-2025, 15:30. Разместил: vasif


İran Ali Rəhbərinin hərbi müşaviri Rəhim Səfavi İranda ABŞ və İsrail ilə münasibətlərdə gərginliyin davam etdiyini bildirib.

Səfavi, ölkəsinin atəşkəs vəziyyətində olmadığını, faktiki olaraq müharibə vəziyyətində olduğunu vurğulayıb:
“Biz atəşkəs vəziyyətində deyilik — biz müharibə vəziyyətindəyik”, — deyə o qeyd edib.

Səfavi əlavə edib ki, İran ilə ABŞ və ya İsrail arasında heç bir protokol, razılaşma və ya razılaşdırılmış mexanizm mövcud deyil.

O, həmçinin bildirib:
“Düşünürəm ki, yeni müharibə baş verə bilər. Və ondan sonra müharibələr artıq olmayacaq".
Вернуться назад