Главная > hadise > Abşeronda yanğın törədən şəxs SAXLANILDI
Abşeronda yanğın törədən şəxs SAXLANILDI20-08-2025, 10:51. Разместил: vasif |
|
Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində quru ot və kol-kos yanıb. Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Вернуться назад |