Главная > hadise > Qobustanda çayda 3 nəfər boğuldu - araşdırma başladılıb

Qobustanda çayda 3 nəfər boğuldu - araşdırma başladılıb


25-08-2025, 11:19. Разместил: vasif


Qobustanda boğulan şəxslərlə prokurorluqda araşdırma başladılıb.

Dünən saat 10 radələrində Qobustan rayonu Ərəbqədim kənd sakinləri 2010-cu il təvəllüdlü E.Cavadlı, 2007-ci il təvəllüdlü T.Cavadov, 1992-ci il təvəllüdlü R.Cavadlı Pirsaat çayının rayonun Poladlı kəndi ərazisindən keçən hissəsində çayda boğularaq ölüblər

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Вернуться назад