Главная > idman > Qazaxıstan klubu tarixi uğura nail oldu
Qazaxıstan klubu tarixi uğura nail oldu27-08-2025, 09:46. Разместил: vasif |
![]() Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. "Almatı təmsilçisi pley-off mərhələsində "Seltik"i (Şotlandiya) üstələməklə bu uğura imza atıb. Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Kayrat" (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib. Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək (2015/2016) "Astana"ya müyəssər olmuşdu. Вернуться назад |