Главная > hadise > Sumqayıtda çörək sexi yanır

Sumqayıtda çörək sexi yanır


27-08-2025, 15:23. Разместил: vasif
Sumqayıtda çörək sexi yanır


Sumqayıt şəhərində çörək sexində yanğın hadisəsi qeydə alınıb.

“Report” məlumatına görə, hadisə “Stansiya Sumqayıt” qəsəbəsi ərazisində baş verib.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Вернуться назад